Modern.az

ABŞ İranla müharibədə bu dronlarının 20%-ni itirib

ABŞ İranla müharibədə bu dronlarının 20%-ni itirib

Dünya

Bu gün, 17:18

ABŞ İranla müharibənin başlanmasından bəri 30-a yaxın "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) itirib.

Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki,  Yaxın Şərq münaqişəsinin başlanmasından bəri ABŞ ən azı 24 aparatını tamamilə itirib, lakin alınan zədələr nəticəsində sıradan çıxan və silinən dronları da nəzərə alınanda, bu rəqəm 30-a yaxınlaşa bilər.

Bu qəbildən olan cəmi bir dronun qiyməti təxminən 30 milyon dollar təşkil edir, buna görə də pul ekvivalentində ümumi itkilər ən pis ssenaridə 1 milyard dollara yaxınlaşır. Kəmiyyət baxımından isə amerikalılar müharibə başlamazdan əvvəl sərəncamlarında olan "MQ-9 Reaper" dronlarının 20 faizə qədərini itirmiş ola bilərlər, — deyə "Bloomberg" yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı