Modern.az

Azərbaycandan Venesiya Komissiyasına ETİRAZ

Azərbaycandan Venesiya Komissiyasına ETİRAZ

کشور

21 Sentyabr 2016, 17:22

“Yadıma gəlmir ki, Venesiya Komissiya bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında əlavə və dəyişikliklərlə bağlı səsləndirdiyi neqativ fikirlərə münasibət bildirərkən deyib.  

 

Ş.Əliyev deyib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib və bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub.

 

PA rəsmisi vurğulayıb ki, Venesiya Komissiyasının rəyi əvvəlcə Azərbaycan hökumətinə göndərməməsi prosedur qaydalarının pozulmasıdır:

“Bu prosedur kobudcasına pozulub. Bilirsiz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb.

Cəmi iki həftə müddətində baş verib”.

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı