Modern.az

Aşıqlar Birliyinin üzvləri artıb

Aşıqlar Birliyinin üzvləri artıb

Ülke

15 Mart 2011, 11:29

Azərbaycan Aşıqlar Birliyinin üzvlərinin sayı ötən ilə nisbətən bu il artıb. Bu barədə Moder.az-a Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub açıqlama verib.

Birliyin qeyri-rəsmi üzvlərinin sayının çox olduğunu deyən Z.Yaqub bildirib ki, rəsmi üzvlərin sayı 300-dür. Onun sözlərinə görə, ötən il üzvlərinin sayı az olub: “Dəqiq say yadımda deyil, amma keçən il üzvlərin sayı az idi”.

 

“Birliyə üzv qəbul edərkən hansı meyarlara üstünlük verirsiniz” sualına Z.Yaqubun cavabı belə olub: “Bizim yalnız bir meyarımız var, onun adı istedaddır. Hazırda yanımda 17-18 yaşlı uşaqlar var, onların oxumağı məni heyran edir. Onları dəvət etdim ki, gəlin sizi Aşıqlar Birliyinə üzv qəbul edək. Biz üzv qəbul edərkən yalnız və yalnız istedada önəm veririk. Bura həm çalğı daxildir, həm şeiriyyat, dastan, həm də səhnə mədəniyyəti daxildir”. 

Qadın üzvlərin sayına gəlincə Z.Yaqub  bildirib ki, bu barədə dəqiq məlumat verə bilməyəcək.

 

Z.Yaqubun sözlərinə görə, Aşıqlar Birliyinin üzvləri əsasən, Kəlbəcər, Gədəbəy, Tovuz, Qazax, Borcalı bölgələrinin nümayəndələridir: “Ancaq deyə bilərəm ki, Azərbaycan aşıq məktəbininin əsasını Göycə aşıqları təşkil edir”.

 

Z.Yaqub Aşıqlar Birliyinin gələcək planlarından da danışıb: “Ümumilikdə planlarınız çoxdur. Aşıq Hüseyn Şəmkirlinin 200 illik yubleyinə hazırlaşırıq. Bundan əlavə, bu il xeyli sayda sənətkarlarımızın yaradıcılıq gecələrini kecirmək planımız var”.

 

Sədaqət SÜLEYMANOVA

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı