Modern.az

Deputat lənkəranlı ağsaqqalları təbrik etdi  

Deputat lənkəranlı ağsaqqalları təbrik etdi   

Ölkə

9 Avqust 2017, 14:23

Bu günlər Milli Məclisin deputatı Hadı Rəcəbli Lənkəran rayonunda 85 yaşı tamam olan bir qrup ağsaqqalı təbrik edib. Yaşlı nəsli təmsil edənlərdən Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri, şair  İltifat Saleh, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, əmək veteranı Barat Məhərrəmov həmyaşıdlarının böyük bir qrupunu bu görüşdə təmsil etmələrindən razılıqlarını bildirıblər.

Statistik hesablamalara görə, Lənkəran rayonunda 85 yaşını keçmiş 609 nəfər insan yaşayır. Görüşdə iştirak edənlərin dogum günlərini təbrik edən deputat onlarla 70-80-cı illərin xatirələrini bölüşüb, bugünki müstəqillik dövrünün uğurlarını qeyd edib.

   

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun imzası ilə bu müdrük insanlara 85 yaşları münasibətilə fəxri fərmanlar təqdim olunub.


Şəhər İcra hakimiyyəti başçısınin I müavini ödülləri təqdim edərkən onların yüksək ictimai-siyasi fəaliyyətlərini də qeyd edib. Ziyalıları, yaradıcı insanları və əmək veteranlarını bu görüşdə təmsil edənlər Azərbaycan Prezidenti İlham Əliyevin ölkə miqyasında apardığı çoxşaxəli siyasətindən danışıb, onun veteranlara göstərdiyi qayğını xüsusi vurğulayıblar.

 

Yemək süfrəsi arxasınada gedən söhbətlər ailə qayğıları, nəvə-nəticələrlə dolu şırin təəssüratların bölüşməsi ilə davam edib. Deputat rayonun ağsaqqalların arzu və təklifləri, şəxsi xahişlərinin həlli ilə bağli müvafiq addımlar atıb.

 

Sonda görüş iştirakçıları millət vəkili ilə xatirə şəkli çəkdiriblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı