Modern.az

Emin Ağalarov: “Boş vaxtım olan kimi Bakıya, bağımıza gedirəm...”

Emin Ağalarov: “Boş vaxtım olan kimi Bakıya, bağımıza gedirəm...”

Ölkə

24 May 2011, 17:39

“Əgər belə asudə vaxtım olanda və seçim imkanı məndədirsə, o zaman əlbəttə Bakıya gedirəm. Bağımıza. Qışda da, yayda da. Ona görə də əgər mənim dincəlmək üçün bir neçə günüm olursa,  Bakıya uçuram”. Bu sözləri “KROKUS” şirkətinin prezidenti, Rusiyanın məşhur iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov özünün Facebook-dakı fan-səhifəsinə müsahibəsində deyib. E. Ağalarov bildirib ki, boş vaxtının az olmasını istəyir.
“Mən çalışıram ki, həyatımı elə yaşayım ki, boş vaxtım az olsun. Çünki boş vaxtım olanda dəhşətli dərəcədə hirslənirəm. Dərhal fikirləşirəm ki, bu vaxtı necə “doldurum”-deyə o vurğulayıb.

Qeyd edək ki, E.Ağalarov Moskvada və Sankt Peterburqda iki konsert verməyə hazırlaşır. 28 may və 5 iyunda baş tutacaq bu konsertdə E.Ağalarov özünün yeni mahnılarını təqdim edəcək.

Modern.az-a muğənninin rəsmi fan-səhifəsindən daxil olan məlumatında isə bildirilir ki, E.Ağalarovun konsertinə bilet əldə etmək istəyənlər üçün müsabiqə keçirilir. Belə ki, fan-klubun təqdim etdiyi suallara düzgün cavab verənlər bu konsertlərə bilet əldə etmək şansı qazanacaqlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı