Modern.az

Milli Məclisin komitə sədrləri telekanal rəhbərlərinə müraciət edəcəklər

Milli Məclisin komitə sədrləri telekanal rəhbərlərinə müraciət edəcəklər

Ölkə

19 İyul 2010, 11:52

Azərbaycan teleməkanında bayağı və səviyyəsiz şoular, ucuz əyləncə verilişləri, şit maqazin proqramlarının sayının çoxluğu tez-tez müzakirə olunur. Sözügedən problem sadə vətəndaşlarla yanaşı, dövləti də ciddi narahat etdiyindən məsələ Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində də kəskin tənqid olunub. Ramiz Mehtiyevin bir neçə ay öncə dərc etdirdiyi «Azərbaycanın efir məkanı: problemlər, vəzifələr» adlı məqaləsi həmin televerilişlərə həsr olunmuşdu. Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yazısı teleşirkət rəhbərlərinə fəaliyyətlərində dönüş yaratmaqla bağlı bir çağırış olsa da, qarşı tərəf bundan nəticə çıxarmadı. Doğrudur, bəzi telekanallarda bir-iki aşağı səviyyəli verilişləri qapatdılar, amma bir müddət sonra bayağı və şit proqramlar, SMS-li verilişlər, qalmaqala hesablanan şoular yenidən çoxaldı. Telekanalların Azərbaycan tamaşaçısına əvvəlki kimi məişət qeybətləri, süni qalmaqallar, mənəviyyata sığmayan fikir və hərəkətlərlə dolu vetilişlər sırımaqda davam etməsi Milli Məclisdə də nararahatlığı artırıb. Parlamentdən Modern.az-a verilən məlumata görə, yaxın günlərdə Milli Məclisin komitə sədrləri adından televiziya rəhbərlərinə müraciət ünvanlanacaq. Komitə sədrləri artıq öz aralarında bir toplantıda keçiriblər və həmin toplandıda telekanallarla bağlı ciddi tənqidlər səsləndirlilib. Bu barədə saytımıza komitə sədrlərindən biri məlumat verib. Milli Məclisin komitə sədrlərinin televiziya rəhbərlərinə ünvanlayacağı müraciətdə telekanallardakı proqramların səviyyəsınə diqqət yetirilməsi, bayağı şouların azaldlması, maarifləndirici verilişlərin çoxaldılması çağırışlarının yer alacağı bildirlir.

 

Modern.az  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı