İnsan təbiətin ən sirli canlısı olaraq qalır. Alimlər insan haqqında bilinməyən sirlərin hələ çox olduğunu qeyd edirlər. Mütəxəssislərin apardığı yeni bir araşdırma nəticəsində insanın bəzi sirləri açılıb. Onlar aşağıdakılardır:
İnsan yuxuda olarkən beyni daha çox fəliyyətdə olur, oyaq olarkən isə daha az;
İnsanın məntiqi nə qədər çoxsa, onun yuxu görmək ehtimalı da çoxdur. Bu da xəyal gücündən yaranır;
Beynimiz ərgənlik çağında ən çox dəyişikliyə uğrayan orqanımızdır;
Qadınlar iyini kişilərdən daha yaxşı hiss edirmiş;
Burnumuz 50 min iyini ayırd etmək qabiliyyəti var;
Çox yemək yemək eşitmək qabliyətimizi itirməyimizə səbəb olur;
Dişlərimiz biz doğmadan öncə formalaşır;
Seks insanda bəzi ağrıları kəsir;
Ən sağlam qulaqlar ən iri qulaqlardır;
Hər ayağımızda 250 min tər vəzisi var. Bu vəzlər vasitəsilə gündəlik olaraq ayaqdan yarım litr tər axır;
Sümüklər kifayət qədər kalsium əldə etməzsə, öz-özünü yox edər;
Hər ayağımızda 26 sümük var. İki ayağımızı hesablayanda bədənimizdəki sümüyün 25 faizi ayaqlarımızdadır;
Həyatımız boyunca tüpürdüyümüz tüpürcəkləri bir yerə yığsaq, iki hovuz dolar;
Bir addım atanda 200 əzələ işləyir;
Vücudumuzdakı ən güclü əzələ dilimizdir;
İnsan sümüyü poladdan daha güclü ola bilər;
Sağ əli ilə işləyənlər insanlar sol əllə işləyən insanlarla müqayisədə daha uzunömürlü olurlar. Bu da 9 il fərq edir;
Adrenalin vücudunuza çox güc gətirə bilər, hətta maşını belə, qaldıra bilərsiniz.
Hazırladı Vüqar Ağamalıoğlu