Modern.az

AXCP “Təbriz” kinoteatrından imtina etdi

AXCP “Təbriz” kinoteatrından imtina etdi

Ölkə

18 Avqust 2010, 15:04

Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultay keçirmək üçün onalara ayrılmış “Təbriz” kinoteatrına getməkdən imtina edib. Bu barədə Modern.az saytına AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib. Onun sözlərinə görə,  “Təbriz” kinoteatrında kondinsioner sistemi yoxdur və bu da qurultayın effektiv işləməsi üçün problem yarada bilər.

“Həm də qısa vaxt ərzində qurultay nümayəndələrinin iştirakını təmin etmək mümkün deyil. Biz hazırda başqa yerlər axtarırıq”-deyən N.Məmmədli bildirdi ki, əgər yer tapa bilməsələr, o zaman qurultayı sentyabr ayında “Təbriz” kinoteatrında keçiricəklər.  

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı