Modern.az

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi şəhid gizirin ailəsinə baş çəkib

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi şəhid gizirin ailəsinə baş çəkib

Ölkə

27 Avqust 2010, 00:05

Avqustun 26-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov və birliyin idarə heyətinin üzvləri Biləsuvarın Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşüblər.
Bayram Səfərov, Xocavənd və Xocalı rayonları İcra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov, Şahmar Usubov, AMEA-nın akademik-katibi akademik Vaqif Fərzəliyev, Mİlli Məclisin deputatları Elman Məmmədov, Həvva Məmmədova, Aynur Quliyeva şəhid gizirimizin doğmalarına başsağlığı veriblər.
Mübarizin valideynlərinə yazdığı və böyüdülüb divardan asılmış məktubu qonaqları kövrəldib. İcma üzvləri bildirblər ki, Mübarizin məktubunun hər sətirində nəzərə çarpan vətənpərvərlik, cəsarət, fədakarlıq gənclərimizə nümunə olmalıdır. “Hesab edirik ki, Azərbaycanda yüzlərlə, minlərlə Mübarizimiz var. Azərbaycan xalqı qəhrəman oğullarının fədakarlığına güvənir və öz torpaqlaqlarını işğaldan azad etmək iqtidarındadır”.
Görüşdə Mübarizin misilsiz şücaətindən, Vətən və millət naminə fədakarlığından söhbət açılıb, keçdiyi döyüş yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğu, göstərdiyi qəhrəmanlığın əsgərlərimizdə öz qüvvəsinə inamı gücləndirdiyi vurğulanıb.
Qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.
Qəhrəmanın atası Ağakərim kişi oğlunun xatirəsini əziz tutanların hamısına təşəkkür edib. O, dünya azərbaycanlılarının da onun kədərinə şərik olduğuna işarə ilə “Bir oğul itirdim, 50 milyon doğma qazandım”,-deyə vurğulayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı