Modern.az

Kralın 12-ci arvadı ərinə xəyanat etdi

Kralın 12-ci arvadı ərinə xəyanat etdi

Təhsil

6 Avqust 2010, 17:45

 Afrikanın kral tərəfindən idarə olunan sonuncu ölkəsi hesab olunan Svazilenddə görünməmiş qalmaqal baş qaldırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Svazilend kralı 3-cü Msvatinin 13 arvadından biri onun başına bəla açıb.
Məsələ ondadır ki,  hökmdarın 12-ci arvadı kraliça Notando Dube monarx ərinə xəyanət edib. Kralın Tayvanda səfərdə olduğu bir vaxtda cənc kraliça ölkənin ədliyyə naziri Ndumiso Maobe ilə sevgi yaşayıb.  Kralın xəyanətkar xanımının hökumət üzvü ilə eşq həyatı 3 ay davam edib.

Kraliça Dube kral əri xarici səfərlərdə olan zamanı hərbi mündir geyinərək heç bir şübhə oyatmadan sarayı gizlincə tərk edərək nazir sevgilsinin yanına qaçıb. Kral ailəsindəki mənbə xəyanətkar kraliçanın eşq həyatı barədə danışmaqdan susmayıb. 
Kral Tayvanda olarkən ölkənin məxfi xidməti sevgililəri krallığın villalarından birində ifşa edib.   Son 10 ildə kral ilə yaxın olan nazir dərhal həbs olunub, o bəyanat verərək istefa verdiyini deyib. Kralına xəyanət etmiş naziri ölkədən qovulmaq gözləyir.

Xəyanətkar kraliçanı da cəza gözləyir. Dube cəza kimi qayınanasının iqamətgahına göndərilə bilər.  Hazırda o, ev dustağıdır. Kral Tayvana yola düşməzdən əvvəl ölkənin taleyini anası  İndlovuzakiyə tapşırıb. Ana kraliçanın soyadı tərcümədə “dişi fil” mənasını verir.

22 yaşlı, 2 uşaq anası kraliçanın məhkəməsi monarx xarici səfərdən vətənə döndükdən sonra olacaq. Bəzi məlumatlara görə, sevgililərin ifşa olunması əməliyyatı,  “dişi fil” – ana kraliça tərəfindən təşkil olunub.

Hər halda Svazilend kralının başına gələn olay təkcə öz ölkəsində deyil, bütün dünyada günün mövzusuna çevrilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı