Modern.az

Alt paltarında və düz bağırsağında narkotik daşıyan şəxslər yaxalanıb

Alt paltarında və düz bağırsağında narkotik daşıyan şəxslər yaxalanıb

Təhsil

9 Avqust 2010, 19:21

İrandan Azərbaycana piyada gələn iki Azərbaycan vətəndaşı Astara Gömrük İdarəsinin sərnişin şöbəsində saxlanılıb. Gömrük nəzarətindən keçərkən, onların üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı hər iki şəxsin üzərindəki gizli yerlərdən narkotik maddə - heroin aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az- saytına verilən məlumata görə, ttibbi müayinə nəticəsində Kamran Məmmədov adlı  vətəndaşın mədəsində selofana bükülmüş 1 ədəd bağlamada ümumi xalis çəkisi 1,410 qram herion aşkarlanıb. Tibbi müayinə zamanı K.Məmmədovun düz bağırsağında da yapışqanlı lentlə sarınmış 1 ədəd bağlamada ümumi xalis çəkisi 32,590 qram heroin aşkar olunaraq götürülüb.

İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşı Asif Hüseynov da Astara Gömrük İdarəsinin sərnişin şöbəsində alt paltarında daşıdığı narkotiki ölkəyə keçirə bilməyib. Onun alt paltarında selofan paketin içərisində 1 ədəd böyük və 6 ədəd kiçik bağlamada, ümumi xalis çəkisi 99,651 qram narkotik vasitə - heroin və 1 ədəd kiçik bağlamada, ümumi xalis çəkisi 0,854 qram metamfetamin aşkar edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı