Əfqanıstanda hamilə bir qadın edam olunub. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin qərbindəki Badç elinin Kadis kəndində həbs olunan 35 yaşındakı Sənubər adlı qadın qeyri-qanuni yaşadığı kişidən hamilə qalmaqla günahlandırılıb.
Zinada günahlandırılan hamilə qadına əvvəlcə 200 şallaq vurulub. Sonra onu edam edərək öldürüb, cəsədini də çöllüyə atıblar ki, qurd-quş yesin.
Maraqlıdır ki, Sənubər ilə əlaqədə olan kişini cəzalandırmayıblar.