ABŞ-ın pilotsuz aparatı vasitəsilə Pakistanın Şimali Vəziristan regionunun Xar Tanqi kəndində “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən biri Umar Faruk öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbəsi zamanı daha 5 nəfər həlak olub.
Bu, son bir sutka ərzində Pakistanda məhv edilən ikinci “Əl-Qaidə” lideridir. Dekabrın 6-da yenə həmin Vəziristan regionunda terror qruplaşmasının ən çox axtarışda olan üzvü Adnan Şukridcuma öldürülüb.
ABŞ onu məhv edənə 5 milyon dollar mükafat vəd edib.