Bu gün Şimali Qafqazın paytaxtı Vladiqafqazda yerli bazarda partlayış baş verib. Modern.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, "Yaşıl bazar"da baş vermiş terror aktı nəticəsində ən azı 15 nəfər həlak olub. 50-dən artıq insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralıların bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Daha ağır yaralılar Moskvanın xəstəxanlarına çatdırılıb. Şimali Qafqazın bütün hakimiyyət strukturlarının rəhbərləri hadisə yerinə gəlib. Prezident Dmitri Medvedevin tapşırığı ilə Kremlin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xlopnin də Vladiqafqazdadır. .
Hakimiyyət rəsmiləri həlak olanların sayının artmasından narahatdırlar. Partlayıcı maddənin 10 kq trotil gücündə olduğu bildirilir. Partlayıcı qurğunun olduğu “Volqa” markalı maşında başsız meyit tapılıb. Bir qədər sonra bazar ətrafında daha bir partlayıc qurğu aşkar olunub.