Modern.az

AŞ PA sədri edam olunacaq qadının azad olunmasını istəyir

AŞ PA sədri edam olunacaq qadının azad olunmasını istəyir

Təhsil

9 Sentyabr 2010, 18:39

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlut Çavuşoğlu İran parlamentinə məktub göndərib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, İran parlamentinin spikeri Əli Laricaniyə ünvanlanmış məktubunda AŞPA sədri daşqalaq edilməklə barəsində ölüm hökmü çıxarılmış Səkinə Aştianinin azad olunmasını istəyib.  Çavuşoğlu cəzadan imtina olunması üçün İran parlamentini əlindən gələni etməyə çağırıb.

Çavuşoğlu xatırladb ki, “dünyanın dörd yanında siyasilər, aydınlar, sənətçilər  və normal vətəndaşlar bu cəzanın dayandırılmasını istəyirlər”.
Çavuşoğlu özünün də, Avropa Şurasına üzv ölkələrin 800 milyon vətəndaşını təmsil edən AŞPA sədri olaraq bu aksiyada iştirak etdiyini deyib. “Bu insanlıqdan kənar cəza və Aştiani ilə kobud davranış ölkənizin üzərinə faciəvi bir kölkə salacaq” –deyə Çavuşoğlu bildirib.

AŞPA sədri Aştiani barədə seçilmiş cəzanın icrasının təxirə salınması və yenidən gözdən keçirilməsi barədə xəbər aldığını və bu xəbəri məmnunuyyətlə qarşıladığını da sözlərinə əlavə edib. Aştianinin azad edilməsinə ümid etdiyini deyən Çavuşoğlu qeyd edib ki,  bu addım İranla əməkdaşlıq etmək istəyən ölkələri cəsarətləndirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı