Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda "Qarabağ" və "İnsan naminə" siyasi partiyalar bloklarının qeydə alınması məsələsinə baxılıb.
Bloklar haqqında məlumat verən MSK katibi Natiq Məmmədov bildirib ki, hər iki seçki bloku qanunvericiliyin tələblərinə uyğun yaradılıb və blokların qeydiyyata aliımasında heç bir maneə yoxdur. Sonda səsvermə nəticəsində hər iki seçki bloku qeydə alınıb.
İclasda "Qarabağ" blokunun 64, "İnsan naminə" blokunun isə 24 səlahiyyətli nümayəndəsi təsdiq olunub. MSK sədri Məzahir Pənahov "İslahat", "Demokratiya" və "AXCP-Müsavat" seçki bloklarının sənədlərinin də MSK-ya təqdim olunduğunu bildirib.