|
Anamın 6-cı və ya 7-ci sinifdə oxuyan vaxtlarıdır. Ağstafadakı evlərinin qarşısında ailəvi çəkilən şəkildir. |
|
Təqribən 1965-ci ildə çəkilmiş şəkildir. Anamın 7-ci sinifdə oxuduğu vaxtlardır. |
|
1968-ci il. Anamın 10-cu sinifdə oxuduğu vaxtlardır. |
|
1960-cı illərin sonu – 1970-ci illərin əvvələri... |
![]() |
1970-ci illər. Anamın gənclik dövrü... |
|
Ötən əsrin 70-ci illəri. Anam rəfiqələri ilə birlikdədir.. |
|
70-ci illər tələbəlik dövrü... |
|
70-ci illər. Solda anam, sağda rəfiqəsi Sevda və onun həyat yoldaşıdır... |
|
1973-cü il, Bakı, gəncliyinin gözəl dövrüdür... |
|
13 avqust, 1973-cü il. Tələbəlik dövrü. Anam rəfiqələri ilə birlikdə... |
|
1973-cü il Bakı şəhəri. İndiki Sahil bağının qarşısı... |
|
7 may 1976-cı il. Radio günü. Anam həmkarları ilə birlikdə... |
|
1941-1945-ci illərin ağır döyüş yolunu keçmiş 416-cı Taqanroq diviziyasının veteranları. 9 may qələbə günü. Taqanroq şəhəri. Şəkildə ortada Əmrah babamdır (faşistləri vahiməyə salan “Qara pələng”) onun sağ tərəfində nənəmdir. |
|
Mən və anam. 1980-ci il... |
|
1980-ci il. Atam, anam və mən... |
|
1980-ci il. Mən atamın qucağında, anam və Vilayət dayım. |
|
1984-85-ci illər. Solda anamdır, qucağında qardaşımdır, qarşısında dayanan isə mənəm. |
|
6 sentyabr 1989-cu il. Baykonur kosmodromu. Anam SSRİ Jurnalistlər İttifaqının keçirdiyi müsabiqənin digər qalibləri ilə birgə. Anamın ikicə səhifəlik məqaləsi onu qaliblər sırasına gətirib çıxartmışdı. O vaxt SSRİ-dən bir jurnalistin kosmosa göndərilməsi planlaşdırılmışdı. Sonradan kosmosa yapon jurnalist göndərildi. |
|
90-cı illərin əvvəlləri anam öz qələm yoldaşları ilə. 80-cı illərin sonu və 90-cı illərin əvvələrində formalaşan yeni nəsl jurnalistlərinin bəzi nümayəndələri. |
|
20-ci əsrin 90-cı illərinin əvvəlləri. Şəhidlər xiyabanı. Anam həmkarları ilə birlikdə. Xalqımız üçün ağır bir dövr idi. Allah qanları ilə tarix yazmış şəhidlərimizə rəhmət etsin. |
|
90-cı illərin əvvələri. Bir qrup ziyalı Heydər Əliyevlə görüşmək üçün Naxçıvana səfər etmişdi. Onların arasında anam və atam da olmuşdu. Heydər Əliyevlə görüşən anamdır. Onun arxasında isə atam dayanıb. Qalanları isə tanınmış simalardır. Ağır dövrlər idi. Atam danışardı ki, Naxçıvana Heydər Əliyevlə görüşmək üçün vaxtaşarı gedib-gəlirlərdilər. Heydər Əliyev Naxçıvana təzə gələndə bir az xəstələnmişdi. Atam onun üçün Bakıdan hətta dava-dərman da aparıb. O vaxtı hər adamın onunla görüşmək üçün cəsarəti çatmırdı. Ətrafdan təzyiqlər var idi, təhlükəli idi. |
|
90-cı illərin əvvələri. Milli Məclisdə keçirilən iclasların birində. |
|
Anam. 90-cı illərdə Prezidentin köməkçisi vəzifəsində işləmiş Eldar Namazovla bir yerdə. |
|
1993-cü il, dekabr ayı, Paris. Heydər Əliyevin Fransaya səfəri. |
|
London, Madam Tüsso mum heykəlləri muzeyi, Böyük Britaniyanın Baş naziri Marqaret Tetçerinin mum heykəlinin yanında... Anam həmkarları ilə birlikdə, 1994-cü il. |
|
Anam jurnalist həmkarları ilə birlikdə, İngiltərə. |
|
1994-cü il... London, Madam Tüsso mum heykəlləri muzeyi. Anam həmkarları ilə birlikdə. Arxa fonda Amerikanın keçmiş prezidentlərinin mum heykəlləridir... |
|
8 mart 1994-cü il, Pekin. Prezident Heydər Əliyevin yanında... |
|
8 mart 1994-cü il, Çin səfərində. Heydər Əliyevi rəsmi səfərdə müşayiət edən nümayəndə heyəti ilə. Jurnalistlər arasında anam da var. |
|
1994-cü il iyul, Məkkədə müqəddəs Həcc ziyarətində. Anam və Prezidentlə Səudiyyə Ərəbistana səfərə getmiş qrupun üzvləri... |
|
1995-96-cı illər. Evimizdə keçirilən Yeni il şənliyi. Anam, atam, mən və xalam Zemfira. |
|
1995-96-cı illər, anam qardaşım və mən. Evimizdəyik.. |
|
Təqribən 1995-96-cı illərdir. Nabranda istirahət zamanı. Anam, mən və kiçik qardaşım Əmrah. |
|
1996-cı il. Anam, atam, xalam Zemfira və onun həyat yoldaşı Mehman müəllim. Dayım qızının toyundadırlar. |
|
1995-96-cı illər, Aşqabad, Leninin heykəli qarşısında... Prezident Aparatı mətbuat xidmətinin rəhbərinin vəzifəsinin icraçısı Səlahəddin Quliyev, anam və qələm yoldaşları Aynur Bəşirli və Elmira Axundova... Bu şəkilin maraqlı tarixçəsi var. Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə bildirilir ki, Aşqabadda Leninin bircə heykəli də qalmayıb. Hamısı sökülüb uçurulub. Lakin qrup üzvləri Leninin bir heykəlini tapır və onun qarşısında şəkil çəkdirirlər. |
|
Anam və Prezident Aparatı mətbuat xidmətinin rəhbəri Səlahəddin Quliyev. Prezidentin rəsmi səfərlərindən birində çəkilmiş fotoşəkil... |
|
Anam ABŞ səfərində. Soldakı jurnalistlər Sakit Ocaqlı və Aslan Aslanovdur. |
|
Temza çayı sahillərində, Londona Prezidentlə birgə səfər etmiş bütün jurnalist heyəti ilə. |
|
Prezidentin İrana səfəri zamanı, Heydər Əliyev, Elmira Axundova və anam. |
|
Heydər Əliyev, rəsmilər və jurnalistlər. Jurnalistlər qrupunun tərkibində anam da var. |
|
Anam jurnalist həmkarları ilə... |
|
İyul 1995-ci il. Türkiyənin keçmiş baş naziri Tansu Çillərin Bakıya səfəri. |
|
1996-cı il 22 aprel. Lüksemburq. Nizami Gəncəvinin heykəlinin yanı. |
|
1996-cı il Lissabon “Don korlos” oteli. Anam səfər haqqında reportaj hazırlayır. |
|
1996-cı il, 29 oktyabr. Naxçıvan, Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin |
|
İyul 1997-ci il, ABŞ, Arlinqton qəbirstanlığı, Prezident Heydər Əliyev Con Kennedinin |
|
Amerika, Nyu-York şəhəri. Anam həmkarı və rəfiqəsi Elmira Axundova ilə birgə amerikalı polislərlə... |
|
Prezidentin keçmiş tərcüməçisi Tahir Kərimov və anam, Vaşinqton, 1997-ci il. |
|
1997-ci ilin iyul-avqust ayları, ABŞ, Vilayət Quliyev və anam. |
|
1997-ci ilin iyul-avqust ayları, ABŞ. |
|
Hansısa səfərdən geri qayıdır. Təyyarədə reportajın üzərində işləyir. |
|
1997-ci il, “Azadlıq” radiosunun Bakı nümayəndəliyi, anam, Zərxanım Əhmədli və Cahan xanım. |
|
1998-ci il, 1 fevral, “Azadlıq” radiosunun rəhbərliyinin "Gülüstan" sarayında təşkil etdiyi qəbul. Sağdan sola - anam, Mirzə Xəzərin qızı, Mirzə Xəzər, atam, kiçik qardaşım və mən. Anamın ən son şəkillərindən biridir. 26 gündən sonra o bizi həmişəlik tərk etdi. |
|
1998-ci il, "Gülüstan" sarayı. Şəkildə göründüyü kimi, anamın vəziyyəti yaxşı deyil. O, təxminən bir ay ərzində çox arıqlamışdı. İllərlə yaşanan gərginlik, əsəb, əziyyətlər, dərd-bəla canına hopur və onu içəridən yeyirdi... |
|
Soldan sağa: Mübariz Əhmədoğlu, anam, Fəzail Ağamalı və Mirzə Xəzər. |
|
1998-ci il. Anam "İlin qadını" seçilir, atam infarkt olur və xətəxanada yatır, mükafatı |