Modern.az

Mingəçevirdə qadın qonşusunu bıçaqladı

Mingəçevirdə qadın qonşusunu bıçaqladı

Hadisə

13 Sentyabr 2020, 11:07

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

 

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir