Modern.az

Müdafiə Nazirliyi: “Cəbhə boyu şiddətli döyüşlər gedir”

Müdafiə Nazirliyi: “Cəbhə boyu şiddətli döyüşlər gedir”

27 Sentyabr 2020, 12:20

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.


Bütün cəbhə boyu şiddətli döyüşlər gedir",- Müdafiə Nazirliyindən bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok