Modern.az

Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri ÇAĞIRILDI

Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri ÇAĞIRILDI

Hadisə

19 Aprel 2021, 13:36

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi. 

 

O, daha əvvəl Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi