Modern.az

Nəvələrinin toyunda COVID-ə yoluxan ərlə arvad eyni gündə öldü - FOTO

Nəvələrinin toyunda COVID-ə yoluxan ərlə arvad eyni gündə öldü - FOTO

Hadisə

24 Avqust 2021, 14:25

Bakıda kişi və xanımı eyni gündə koronavirusdan vəfat edib.

 

Modern.az-ın məlumatına görə, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun 1941-ci il təvəllüdlü həyat yoldaşı Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində koronavirus infeksiyasına yoluxublar.

 

Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

 

Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.

 

 

Fidan İlqar

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok