Milli Məclisin deputatından oğurluq olub.
Modern.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə deputat Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.
Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.
E.Mirbəşiroğlu açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:
“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.