Modern.az

Toya gedərkən baş verən dəhşətli qəzanın VİDEOSU

Toya gedərkən baş verən dəhşətli qəzanın VİDEOSU

Hadisə

9 Yanvar 2023, 14:36

Ağcabədi rayonunda toya gedənlər dəhşətli qəzaya düşüb. Hadisə nəticəsində üç nəfər ölüb. Qəza Mingəçevir-Bəhramtəpə yolunun rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, “VAZ 2107” markalı avtomobilin “Mercedes Atego” markalı yük maşınına çırpılması nəticəsində “VAZ 2107”də olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən həlak olub.

 

1993-cü il təvəllüdlü sürücü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

İlkin ehtimala əsasən, hadisəyə “VAZ 2107”nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub.

 

Qəzaya düşən ailə üzvləri Beyləqana toya gedirlərmiş.

 

Modern.az hadisə yerindən görüntüləri təqdim edir:

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok