Modern.az

Lənkəranda evdə meyit tapıldı

Lənkəranda evdə meyit tapıldı

24 İyul 2024, 10:38

Lənkəranda evdə meyit aşkarlanıb.

 

Modern.az-ın məlumatına görə, bu gün səhər Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərin birində kişi meyiti tapılıb. Məlumata görə, orta yaşlı şəxsdən 20 günə yaxındır xəbər olmayıb.

 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası əraziyə cəlb olunub.

 

Fakt üzrə araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri