Modern.az

Türkiyə millisinin kapitanı və oğlu həlak oldu

Türkiyə millisinin kapitanı və oğlu həlak oldu

İdman

14 Fevral 2023, 09:28

Türkiyənin həndbol üzrə milli komandasının kapitanı zəlzələdə həyatını itirib.

 

Modern.az-ın məlumatına görə, kişilərdən ibarət yığmanın kapitanı Cemal Kütahyanın cəsədi Antakyada dağıntılar altından çıxarılıb.

 

Onunla birlikdə 5 yaşlı oğlu Çinar Kütahya da həlak olub.

 

Məlumata görə, idmançının həyat yoldaşı Pınar Kütahya isə hələ də dağıntılar altındadır. Onun axtarışları davam edir. 

 

Hadisə ilə bağlı Türkiyə Həndbol Federasiyası idmançının yaxınlarına başsağlığı verib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıda hoteldə faciə - İKİ NƏFƏR ÖL*Ü