Modern.az

Millimizin məşqçisindən \"Qarabağ\"a xəbərdarlıq - \"Braqa\" yaralı aslandır

Millimizin məşqçisindən \

22 Fevral 2024, 12:54

"Qarabağ" səfərdə 4:2 hesablı qələbə qazansa da, bu, komandanı arxayınlaşdırmamalıdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi cavab oyunu barədə danışarkən deyib.

 

53 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubunu güclü rəqiblə çətin oyun gözləyir: "Braqa" hazırda yaralı aslana bənzəyir. Meydanda bütün gücünü göstərməyə çalışacaq. Qurban Qurbanovun komandası motivasiyalı oynasa, mərhələni keçən tərəf biz olacağıq".

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb. (AzərTac)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri