Modern.az

AFFA rəsmisi UEFA-dan TƏYİNAT ALDI

AFFA rəsmisi UEFA-dan TƏYİNAT ALDI

İdman

17 Mart 2024, 14:13

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar. Matçlar martın 18-dən 24-dək Almaniyada təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir