Modern.az

\"Sabah\" \"Sumqayıt\"ı məğlub etdi 

\

17 Mart 2024, 21:22

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyunda "Sumqayıt" "Sabah"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 25-ci dəqiqədə Anatoli Nuriyev açıb. Meydan sahiblərinin heyətində 62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. "Sumqayıt"da isə 84-cü dəqiqədə Eriq Sorqa fərqlənib.

 

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Sabah" ikinci yerə yüksəlib. "Sumqayıt" 39 xalla beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 66 xalla "Qarabağ" başçılıq edir.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i 3:0, “Zirə” “Kəpəz”i 2:1, "Qarabağ" isə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı isə heç-heçə başa çatıb - 1:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir