Modern.az

“Mançester” “Liverpul”a qalib gəldi, yarımfinala yüksəldi

“Mançester” “Liverpul”a qalib gəldi, yarımfinala yüksəldi

İdman

18 Mart 2024, 00:11

İngiltərə Federasiya Kubokunda yarımfinala vəsiqə qazanan son iki komandanın adına aydınlıq gəlib.

 

Modern.az xəbər verir ki, 1/4 final mərhələsinin ən maraqlı oyunu “Mançester Yunayted” – “Liverpul” komandaları arasında reallaşıb. Əlavə vaxta gedən matç "qırmızı-şeytanlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bununla da Mançester təmsilçisi yarımfinala vəsiqə qazanıb.

 

Günün digər oyununda "Çelsi" "Lester Siti"ni 4:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

 

Qeyd edək ki, daha əvvəl "Mançester Siti" və "Koventri Siti" komandaları yarımfinala yüksəliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir