Modern.az

\"Zirə\"dən yeni transfer 

\

24 Mart 2024, 19:16

“Zirə” yeni futbolçu ilə anlaşıb.

 

Modern.az xəbər verir ki, “qartallar” Araz Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

 

Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

 

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir