Modern.az

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

İdman

25 Mart 2024, 22:01

Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu oyununu keçirib.

 

Modern.az xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.

 

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Matçda hesabı 59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev açıb. Komandamızın heyətində yeganə qola isə 87-ci dəqiqədə Musa Qurbanlı imza atıb.

 

Digər görüşdə isə Tanzaniya seçməsi Monqolustan yığmasını 3:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi kollektiv turnir çərçivəsindəki ilk matçında Monqolustana 1:0 hesabı ilə qalib gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir