Modern.az

Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

İdman

10 May 2024, 08:52

Mayın 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri start götürür.

 

Bu barədə Modern.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

 

Yarışın ilk günündə 4 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında -60 kq. çəkidə Əhməd Yusifov və Nazir Talıbov, -66 kq. çəkidə Ruslan Paşayev və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva, -57 kq. çəkidə Acelya Toprak və Fidan Əlizadə güclərini sınayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi