Hökumətin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub.
Modern.az-ın məlumatına görə, Milli Məclis martın 16-da hökumətin son bir illik fəaliyyətinə qiymət verəcək.
İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər.
Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.