Azərbaycanda bir çox sahələr üzrə xərclər artırılır.
Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Bunlar aşağıdakılardır:
1. Ümumi dövlət xidmətlərinə ayrılan xərclər 3.622.839.062 manatdan - 3.624.579.252 manata qaldırılır;
2. Qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 656.928.433 manatdan - 658.605.431 manata qaldırılır;
3. Elm xərcləri 128.060.175 manatdan - 128.120.267 manata qaldırılır;
4. Müdafiə xərcləri 2.738.721.836 manatdan - 2.905.221.826 manata qaldırılır;
5. Müdafiə qüvvələri xərcləri 1.366.267.865 manatdan - 1.384.067.865 manata qaldırılır;
6. Milli təhlükəsizlik xərcləri 111.658.826 manatdan - 130.358.826 manata qaldırılır;
7. Digər kateqoriyalara aid edilməyən xərclər 1.258.131.798 manatdan - 1.388.131.798 manata qaldırılır;
8. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 1.329.535.133 manatdan - 1.384.235.133 manata qaldırılır;
9. Hüquq mühafizə xərcləri 974.751.945 manatdan – 1.004.451.945 manata qaldırılır;
10. Digər kateqoriyalara aid edilməyən xidmətlər üzrə xərclər 242.166.284 manatdan – 267.166.284 manata qaldırılır;
11. Təhsil xərcləri 2.001.978.015 manatdan – 2.043.989.508 manata qaldırılır;
12. Təhsil sahəsində digər müəssisə və tədbirlər 628.764.516 manatdan – 670.776.009 manata qaldırılır;
13. Sosial müdafiə və sosial təminat xərcləri 2.197.182.103 manatdan- 2.343.047.383 manata qaldırılır;
14. Sosial müdafiə xərcləri 2.163.420.302 manatdan – 2.309.285.582 manata qaldırılır.
Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.