İspaniya La Liqasında 36-cı tura yekun vurulub. Modern.az-ın məlumatına görə, son oyun günündə daha 7 qarşılaşma baş tutub.
"Barselona" bu turu qələbə ilə başa vurub. Öz meydanında "Malaqa" ilə qarşılaşan Kataloniya təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Madridin "Real" klubu isə bu tur növbəti çempionluğunu rəsmiləşdirib. Səfərdə "Atletik-Bilbao” klubunun qonağı olan "Real" rəqibinin qapısında 3 cavabsız top keçirib. Bununla da “Real-Madrid” klubu sona 2 tur qalmış çempionluğu bayram edib.