Modern.az

Hörmüz boğazı açıldı - neft kəskin ucuzlaşdı

Hörmüz boğazı açıldı - neft kəskin ucuzlaşdı

İqtisadiyyat

17 Aprel 2026, 17:17

Brent markalı neftin qiyməti 11 mart 2026-cı ildən bu yana ilk dəfə olaraq bir barel üçün 90 ABŞ dollarından aşağı enib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin iyun ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 11 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 90 dollardan aşağı düşüb.

Belə ki, Brent markalı neftin qiyməti 7,7% azalaraq barel üçün 91,74 dollara düşüb. Bakı vaxtı ilə saat 16:55-ə qədər Brent markalı neftin qiyməti enişini sürətləndirərək barel üçün 89,52 dollara (9,93% azalma) satılıb.

Bundan əlavə, 2026-cı ilin iyun ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 10,23% azalaraq barel üçün 81,84 dollara düşüb. 

 

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV