Modern.az

Maliyyə sistemilə bağlı yeni qanunvericilik HAZIRLANIR

Maliyyə sistemilə bağlı yeni qanunvericilik HAZIRLANIR

İqtisadiyyat

29 Aprel 2022, 12:22

Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilirlər.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

T.Kazımov əlavə edib ki, ölkənin maliyyə sisteminin sabitliyi, eləcə də inkişafı baxımından yeni qanunvericilik hazırlanacaq:

 

"Mərkəzi Bank tərəfindən bank, sığorta və qiymətli kağızlar sektorları üzrə yeni qanun layihələri hazırlanır. Hazırda qanunvericilik bazası üzərində işlərə başlanılıb. Bütün proseslərdən keçdikdən sonra, həm bank, həm sığorta, həmçinin digər maliyyə sektoru iştirakçılarına aid olan qanun layihələri təqdim olunacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı