Modern.az

Moldova ilə ticarət dövriyyəsinin artırılması müzakirə olundu

Moldova ilə ticarət dövriyyəsinin artırılması müzakirə olundu

İqtisadiyyat

11 Aprel 2024, 23:15

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin artırılması prioritet məsələ olaraq qalır.

 

Modern.az xəbər verir ki, bu fikir Moldovanın Baş nazirinin müavini Vladimir Bolea ilə Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə səsləndirilib.

 

Rəsmilər dövlətlər arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edərək, kənd təsərrüfatı sahəsində əməkdaşlığın intensivləşdirilməsinə birgə sadiq olduqlarını vurğulayıblar.

 

Azərbaycandan gübrə idxalı və Moldova Respublikasından taxıl ixracı da daxil olmaqla, ticarətin genişləndirilməsi imkanlarının müəyyənləşdirilməsinə də diqqət yetirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir