Xəbər verildiyi kimi, prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif edilən şəxslərdən bir qismi mükafata görə, ölkə başçısına dərin minnətdarlıq hissini ifadə ediblər.
Modern.az saytının xəbərinə görə, Azərbaycan prezidentinin rəsmi saytında qadınlar ölkə rəhbərinə yazaraq ona təşəkkürlərini bildiriblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, tanınmış jurnalist Şirməmməd Hüseynovun qızı Fərəh Əliyeva prezidentə yazıb:
“Məni ölkəmizin yüksək mükafatlarından olan “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif etdiyinizə görə şərəf duyur, Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Göstərdiyiniz böyük etimadı hər zaman fəaliyyətimlə doğrultmağa çalışacağam.
Sabitlik nümunəsi olan Azərbaycan dövlətinin daha da möhkəmlənməsində, sosial-iqtisadi, mənəvi və mədəni inkişaf sahələrindəki fəaliyyətinizdə Sizə uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayıram”.
“Əməkdar artist” fəxri adına layiq görülən tanınmış müğənni Xumar Qədimova isə bildirib:
“Sizin 2017-ci il 3 mart tarixli Sərəncamınız mənim üçün çox xoş xəbər və unudulmaz 8 Mart hədiyyəsi oldu. Müxtəlif sahələri təmsil edən qadınlarımızın içərisində incəsənət nümayəndəsi kimi “Əməkdar artist” fəxri adına layiq görülməyim məni duyğulandırdı.
Möhtərəm Prezident, mənə və təltif olunan bütün qadınlarımıza bu sevinci bəxş etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu fəxri ad Azərbaycan musiqisinin, mədəniyyətinin təbliği üçün bundan sonra daha çox çalışmağıma bir stimuldur. Bir daha Sizə sonsuz təşəkkürümü çatdırıram”.
Prezidentin sərəncamında qeyd olunur ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:
"Tərəqqi” medalı ilə
Babayeva Səbinə Oqtay qızı
Babayeva Səkinə Rəşid qızı
Əhmədova Gülşən Arif qızı
Əliyeva Lətifə Ziyad qızı
Hüseynova Sədaqət Qənbər qızı
İbrahimova Cövhərət İbrahim qızı
İsmayılova Svetlana Ələsgər qızı
Kərimova Yuliya İvanovna
Məmmədova Aytən Əkbər qızı
Piriyeva Göyçək Şirağa qızı
Sadıqova Xəyal Fehruz qızı
"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Rəhimova Günay Rauf qızı
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycanın fəxri adları verilib:
"Əməkdar incəsənət xadimi”
Cəfərova Tahirə Ənvər qızı
Əliyeva Fərəh Şirməmməd qızı
"Əməkdar müəllim”
Babayeva Aynur Arif qızı
Qəndilova Səadət Tağı qızı
"Əməkdar həkim”
Quliyeva Ramella Akif qızı
Məmmədova Sona Keykavus qızı
"Əməkdar mədəniyyət işçisi”
Abbasova Gülsarə Vəli qızı
Əliyeva Leyla Əjdər qızı
Aqşin KƏRİMOV