İyulun 4-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Şıx çimərliyindəki “Dostluq” istirahət mərkəzində II respublika kababçılar çempionatı başlayıb.
Assosiasiyanın prezidenti Tahir Əmiraslanov bildirib ki, ölkənin 20-dən çox aparıcı restoranının iştirakı ilə keçirilən çempionatda şou–proqram da təşkil edilib. Çempionatda hər komandanın tərkibinə 1 kababçı, 2 köməkçi və 1 xidmətçi daxil edilib. Qaliblər günün sonunda elan ediləcək.