Modern.az

Deputat Elçin Şıxlını təbrik etdi

Deputat Elçin Şıxlını təbrik etdi

Media

4 Oktyabr 2023, 17:00

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının ad günüdür.

Yeni dövr milli mətbuatımızın ən parlaq nümunələri kimi tanınmış Ayna-Zerkalo qəzetlərinin yaradıcısı, hazırda Ayna.az saytının və Ayna TV- nın təsisçisi Elçin Şıxlı bütün fəaliyyəti dövründə yüksək peşəkarlığı, prinsipiallığı və ədaləti ilə cəmiyyətimizdə böyük nüfuz qazanmış bir ziyalımızdır.

 

Elçin Şıxlı peşə fəaliyyətinə yanaşmasındakı fədakarlığı, cəmiyyətə baxışlarındakı səmimiyyəti və milli mədəniyyətimizə münasibətində sədaqəti ilə yetişməkdə olan gənc jurnalistlər üçün nümunəvi bir örnək olmaq baxımından çox dəyərli bir şəxsiyyətdir.

 

Çağdaş mədəniyyətimizin ən görkəmli simalarından biri kimi ölkəmizin hər yerində tanınır və ona dərin rəğbət bəslənilir.

 

Hörmətli Elçin müəllimi doğum günü münasibətilə təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...