Modern.az

Neftin qiyməti 80 dollara qədər artacaq – Proqnoz

Neftin qiyməti 80 dollara qədər artacaq – Proqnoz

İqtisadiyyat

25 İyul 2016, 22:12

Neftin qiymətinin artımı 2017-ci ilin ortalarına qədər məhdudlaşdırılacaq, sonra artaraq bir barreli 70-80 dollar ola bilər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu proqnozla iyulun 25-də Morgan Stanley investisiya bankının ekspertləri öz hesabatlarında yazıblar.

Ekspertlərin qiymətləndirməsinə görə, 2016-cı ildə dünya bazarında neftin profisiti davam edəcək, ancaq artıq 2017-ci ildən sutkada 0,1 milyon barrel çatışmazlıq yaranacaq və 2018-ci ildə 3 dəfə artacaq.

2019-2020-ci illərdə xammal qıtlığı müvafiq olaraq 0,1 və 0,2 milyon olacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir