Gəncədə “Gəncə şəhərinin tarixi” adlı kitabın ictimaiyyətə təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elm Mərkəzi, şəhər İcra Hakimiyyəti və yerli tarixçilərinin təşəbbüsü ilə Gəncənin tarixinə həsr olunan 2 elmi prakriki konfrans keçirilib.
Konfransda şəhərin iqtisadi, coğrafi mənzərəsi sosial münasibətlər, cəmiyyətin strukturu, siyasi hadisələr, əhalinin milli və peşə tərkibi elmi mədəniyyət mövzuları müzakirə olunub. Daha sonra tədbir iştirakcılarına “Gəncə şəhərinin tarixi” adlı kitab təqdim olunub. Kitabda 36 alimin Gəncənin tarixinin ən qədim dövrlərdən bu günki müasir dövrə qədər ən müfəssəl məlumatlar dərc olunub. Kitabın nəşr olunmasında əsas məqsəd indiyədək məlum olmayan, hələ də öyrənilməmiş tapıntılar barədə nümunələrin aşkara çıxarılmasıdır.
Xaliq Qurbanov
Gəncə