Daxili İşlər Nazirliyi dəm qazından boğulanlar və zəhərlənənlər barədə növbəti məlumat yayıb. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, fevralın 19-da 1-ci Zabrat qəsəbə sakini Nargilə Rəhimova, Nəsimi rayon sakini Ziyad İsgəndərov mənzillərindəki hamamlarında dəm qazından zəhərlənərək ölüblər.
Fevralın 20-də Binəqədi rayon sakini Elnurə Kərimova, Xətai rayon sakini Bəxtiyar Bağırlı mənzillərində dəm qazından boğulublar.
Fevralın 20-də Saray qəsəbə sakini Eynur Məmmədov, Sumqayıt şəhər Nüranə Rüstəmova, Oruc Ağakişiyev, Ceyhun Abbasov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Modern.az