Modern.az

Prezident daha bir generalı yüksək posta təyin edib

Prezident daha bir generalı yüksək posta təyin edib

Təhsil

3 Mart 2011, 18:37

Bu gün general-leytenant Kərim Vəliyev Bakı hərbi birləşməsinə komandir təyin olunub. Milaz.info-nun məlumatına görə, general-leytenant Kərim Vəliyev bu gün ölkə başçısı tərəfindən qəbul edilib və ona yeni təyinatla bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, general-leytenant Kərim Vəliyev Qarabağ müharibəsinin ən ağır vaxtlarında döyüş briqadalarından birində məsul vəzifələrdə xidmət edib. Daha sonra isə Bərdə hərbi birləşməsinin komandiri vəzifəsində xidmət edib. 2000-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi vəzifəsinə təyin olunub. Ötən il isə Hərbi Elmi Mərkəzdə aparılmış ştat dəyişikliyi ilə əlaqədar bir müddət müdafiə nazirinin sərəncamında olub. Daha sonra isə general-leytenant Kərim Vəliyev nazirliyin Hərbi Strateji Araşdırmalar Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Bu günə qədər də bu vəzifədə xidmət edib.
K. Vəliyev bu vəzifədə 3-cü Ordu Birləşməsinin komandiri təyin edilmiş general-leytenant Rövşən Əkbərovu əvəz edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir