Modern.az

Putin Trampı Buşla ilk dəfə görüşdüyü şəhərə ÇAĞIRDI

Putin Trampı Buşla ilk dəfə görüşdüyü şəhərə ÇAĞIRDI

Dünya

10 Fevral 2017, 21:24

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Sloveniyanın paytaxtı Lyublyanada görüşməyə hazır olduğunu bildirib.

 

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, o bu barədə sloven prezident Borut Paxorla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

 

“Lyublyana danışıqlar aparmaq üçün gözəl yerdir. Biz bu görüşə hazırıq”.

 

Putin Sloveniya prezidentini görüşü təşkil etməyə hazırlığını bildirdiyi üçün təşəkkür edib.           

 

 

Xatırladaq ki, Vladimir Putin Corc Buşla ilk görüşü də 2001-ci il iyunu 17-də Lyublyanada keçirmişdi.

 

 

 

Vüqar İSMAYILOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir