Bakıda intihar hadisəsi baş verib.
Binəqədi rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İntihar edən M. Abdullayev gənc yazardır.
O, ədəbi aləmdə Mövlud Mövlud imzası ilə tanınıb.
Modern.az