Modern.az

İran qadın idmançılarını cəzalandırdı

İran qadın idmançılarını cəzalandırdı

Aktual

31 Mart 2017, 16:24

İran Bilyard Federasiyası, Çində keçirilən sərbəst bilyard oyunlarına qatılan qadın idmançılarını İslam geyim qaydalarına zidd geyindikləri üçün cəzalandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, federasiya cəza olaraq, qadın idmançıları bir il ərzində ölkə daxilində və xaricində keçirilən bütün yarışlardan uzaqlaşdırıb. Federasiya, cəza verdiyi idmançılar adını daha sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, ötən ay İran Şahmat Federasiyası, bənzər səbəblə 18 yaşlı qadın şahmatçı Dorsa Dersanşayini bütün yarışlardan uzaqlaşdırıb və şahmat üzrə İran millisindən çıxarıb.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok