Modern.az

"Azərbaycan dünyaya göstərir ki, İslam sülh, tolerantlıq dinidir"

"Azərbaycan dünyaya göstərir ki, İslam sülh, tolerantlıq dinidir"

Aktual

14 May 2017, 16:40

Azərbaycan bütün İslam dünyasını həmrəylik, ədalət və idmanın inkişafı naminə birləşdirməyə qadir olduğunu nümayiş etdirir.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani deyib.

 

O qeyd edib: "İndi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir, 3-cü Oyunlar isə İndoneziyada təşkil olunmuşdu. İslam Həmrəyliyi Oyunları təkcə idman yarışları deyil, bu Oyunlar həm də müsəlman ölkələrinin həmrəyliyini göstərir. İndi də Azərbaycan dünyaya göstərir ki, İslam sülh və tolerantlıq dinidir".

 

Səfir İslamiadanın yüksək səviyyədə təşkil olduğunu bildirib: "Azərbaycan Oyunlara yaxşı hazırlaşıb".

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok