Modern.az

Zəlzələ 1 nəfərin həyatına son qoydu: 10 yaralı

Zəlzələ 1 nəfərin həyatına son qoydu: 10 yaralı

Dünya

13 İyun 2017, 00:10

Yunanıstanda baş verən zəlzələnin səbəb olduğu itkilərlə bağlı məlumat açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində Lesbos adasının Vris qəsəbəsində bir qadın dağıntılar altında qalaraq həyatını itirib.

Yeraltı təkanların yaratdığı dagıntı daha 10 nəfərin zədələnməsinə səbəb olub.

Qeyd edək ki, bu gün Yunanıstanın Lesbos və Hios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok